Azərbaycan böyük ölkələrin gizli oyunundan necə qorunur?

Azərbaycan böyük ölkələrin gizli oyunundan necə qorunur?
Yeni dünya nizamında gözlənilən dəyişikliklər

“Rusiyanın həm iqtisadi, həm hərbi cəhətdən dəstəklədiyi ölkəyə, Ermənistana ABŞ-ın da dəstək verməsi görünməmiş hadisədir. Qarabağ münaqişəsi ilə bağlı bu iki ölkənin Avropa Birliyində mövqelərinin necə üst-üstə düşdüyünü görürük”.

Bunu millət vəkili Fazil Mustafa Real TV-yə müsahibəsində deyib.

“Real vaxt” verilişinin qonağı olan millət vəkili bildirib ki, Azərbaycan balanslı xarici siyasət yürütməklə ölkənin təhlükəsizliyini təmin edir:

“Azərbaycanın regionda balanslı xarici siyasət yürütməsi, Rusiya, İran, Avropa ölkələri ilə bərabər əsaslarda münasibətlər qurmaq siyasətini davam etdirməsi bizim üçün olduqca faydalıdır.

Bizim həm NATO, həm də Rusiya ilə münasibətlərim yaxşıdır, amma nə NATO-ya, nə də KTMT-yə üzv deyilik. İrana qarşı sanksiyalar tətbiq edildi, Azərbaycan isə bu ölkə ilə normal şəkildə iqtisadi əməkdaşlıq edir.
Rusiyanın həm iqtisadi, həm hərbi cəhətdən dəsləkdiyi ölkəyə ABŞ-ın da dəstək verməsi görünməmiş hadisədir. Qarabağ münaqişəsində bu iki ölkənin Avropa Birliyində mövqelərinin necə üst-üstə düşdüyünü görürük.
Azərbaycan həm də buna müqavimət göstərməklə məşğuldur. Buna rəğmən İranla, Rusiya və ABŞ-la da dostluğumuzu davam etdiririk.

Bu cür gizli razılıqların olduğu oyunların içindən baş çıxarmaq, baş saxlamaq çətin məsələdir. Bu baxımdan regionda yolumuzu özümüz müəyyən edəcəyik. Kiməsə tərəf yıxılmadan ayaqda duracağıq.
Təbii ki, Türkiyə ilə yaxınlıq edəcəyik. Bu bizim qardaş olmağımızdan əlavə təhlükəsizliyimizlə də bağlıdır. Çünki Azərbaycan çətin vəziyyətə düşsə, köməyi Türkiyədən ala biləcəyik”.

Müsahibədə yeni dünya nizamı ilə bağlı maraqlı açıqlamalar yer alıb. Daha ətraflı videomaterialda baxa bilərsiniz.

Real TV

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə