Gimnastlarımızdan 6 medal - VİDEO

Gimnastlarımızdan 6 medal - VİDEO
“AGF Junior Trophy” turnirinə yekun vurulub

Milli Gimnastika Arenasında keçirilmiş bədii gimnastika üzrə "AGF Junior Trophy" beynəlxalq turnirinə yekun vurulub.

Təmsilçilərimiz sözü gedən yarışda 6 medal qazanıb. Heyəti Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət qrup hərəkətləri komandamız çoxnövçülük proqramında 41 xal toplayaraq, gümüş medala sahib olub.

Fərdi mübarizədə Arzu Cəlilova iplə icra etdiyi hərəkətlərə görə hakimlərdən 17.350 xal alaraq bürünc medala layiq görülüb.

Digər həmyerlimiz Nərminə Səmədova isə topla çıxışına görə bürünc, lentlə hərəkətlərdə gümüş medala yiyələnib. Qrup komandamız son yarış günü halqalarla kompozisiyaya görə hakimlərdən ən yüksək bal alaraq fəxri kürsünün birinci pilləsinə yüksəlib. Zəriflərimizin lentlə çıxışı 18.350 xalla dəyərləndirilib.

Bununla yanaşı, Arzu Cəlilova və qrup komandamızın üzvləri ən yüksək icra xalına görə verilən "AGF Trophy" mükafatına da layiq görülüb.

Qeyd edək ki, turnirdə 20 ölkənin 130 gimnastı qüvvəsini sınayıb.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə