Meydan sahibləri uduzdu - VİDEO

Meydan sahibləri uduzdu - VİDEO
“Boston” rəqibini gözləyir

Amerika Milli Basketbol Assosiasiyasında pley-off mərhələsinin oyunları davam edir.

Emvey mərkəzində Orlando Məcikin qonağı olmuş Toronto Reptors ¼ finala bir qədər də yaxınlaşıb. Qonaqların heyətində Leonard Kavay topladığı 34 xalla komandasının ən məhsuldar baskletbolçusu olub. 9 cərimə atışının 8-də səbəti dəqiq nişan almış oyunçu 3 xallıq zonadan 6 xal qazanıb. Meydan sahiblərinin formasını geyinən Aaron Qordonun yığdığı 25 xal komandasını qələbəsi üçün yetərli olmayıb. Nəticədə qarşılaşma Torontonun 107-85 hesablı zəfəri ilə başa çatıb. Məlum uğur sayəsində qonaqlar ümumi hesabda 3-1 önə keçiblər.Gecənin digər görüşü Okloxoma və Portlend arasında baş tutub. Bu qarşılaşmada da sevinən tərəf qonaqlar olub. Oklahoma basketbolçularının topladığı 98 xalın 32-si Pol Corcun aktivinə yazılıb. Yerli oyunçunun fəallığı tabloya siraət etməyib. Portlend Makkolum və Lilardın möhtəşəm oyunu sayəsində qələbəni təmin edib. 111-98 hesablı qələbə sayəsində qonaqlar ¼ finala bir qədər də yaxınlaşıblar. Qeyd edək ki, pley-off iştirakçıəlarından növbəti mərhələyə ilk vəsiqəni Boston Seltiks əldə edib.

Bostonun növbəti rəqibi böyük ehtimalla Miluoki olacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər