Zorakılıq qurbanlarına sığınacaq - VİDEO

Zorakılıq qurbanlarına sığınacaq - VİDEO
Dövlət sığınacaqları məsələsi gündəmdədir

Azərbaycanda hər il 1000-ə yaxın, ailə məişət zəminində inzibati və cinayət işi olur ki, burada ən çox əziyyət çəkən qadınlar və uşaqlardır.

Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin rəsmisi Elgün Səfərovun sözlərinə görə bu statistika məişət zorakılığı qurbanları üçün dövlət sığınacaqlarının yaradılmasını labüd edir.

2010-cu ildə Azərbaycan Respublikası prezidenti tərəfindən məişət zorakılığının qarşısının alınması ilə bağlı qanun imzalanıb və keçən 9 il ərzində bəzi işlər görülüb və bu işlərin içərisində diqqəti cəlb edən, Nazirlər kabinetinin bir sıra qərarları, ailə qadın və uşaq problemləri üzrə dövlət komitəsində informasiya bankının yaradılması və s. var. Təbii ki, həmin qanuna sığınacaqların yaradılması və idarə olunması məsələsi də daxildir. Təmiz dünya sığınacağı bu işdə öz fəaliyyəti ilə seçilir.

Sığınacaqda məişət zorakılığına məruz qalmış bir neçə qadın və uşaq var ki artıq bir neçə müddətdir ki, burada məskunlaşıblar. Sığınacağın rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə hər xırda konfliktə görə sığınacağa gəlmək lazım deyil.

ƏƏSMN-nin mətbuat katibi Fazil Talıblının sözlərinə görə bu məsələ nazirliyin diqqətindədir və yaxın zamanlarda bu barədə ictimaiyətə geniş məlumat veriləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə