Təcili yardım maşınları növbə çəkəcək - VİDEO

Təcili yardım maşınları növbə çəkəcək - VİDEO
"Formula 1" yarışlarında gücləndirilmiş iş rejimində işləyəcək

Bu gündən "Formula 1" Azərbaycan Qran Prisinin keçiriləcəyi Bakı Şəhər Halqası ətrafında yaşayan əhaliyə tibbi yardımın göstərilməsi üçün Təcili Tibbi Yardım briqadaları ayrılıb.

Belə briqadaların sayı hələlik 8 olacaq.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevin sözlərinə görə, çağırışları vaxtında və gecikmədən icra etmək üçün briqadaların sayı artırıla da bilər. 

Bundan başqa, baş həkim bildirir ki, “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar tibb müəssisələri gücləndirilmiş iş rejimində çalışacaqlar.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə