İt sevgisi - VİDEO

İt sevgisi - VİDEO
Heyvansevərlər itlərin mühafizəsinə qalxdı

4 yaşlı Hüseynin it qapması nəticəsində üzündən aldığı ağır fəsadlarla xəstəxanaya yerləşdirilməsi sahibsiz itlər məsələsini təkrar gündəmə gətirib.

Artıq bir neçə gündür sosial şəbəkələrdə it müzakirələri səngimək bilmir. Başqa sözlə heyvansevərlərlə heyvansevməyənlər arasında soyuq müharibə davam edir.

Hətta millət vəkili Araz Əlizadə də bu müzakirələrə qoşulub və itlərin güllələnməsi təklifi ilə çıxış edib. Bundan narahat olan heyvansevərlər isə Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyasi keçiriblər.

Xarici təcrübə də göstərir ki, sahibsiz heyvanlar təkcə dövlətin və yaxud bələdiyyələrin nəzarətində deyillər. məsələn, qonşu Rusiyada onlarla it otelləri var ki, bu işə qol qoyan ayrı ayrı sahibkarlar, qeyri hökümət təşkilatları , sadə insanlardır.

Eyni məntiqlə sabah Azərbaycanda da istənilən adam bu və ya başqa formada sahibsiz heyvanlara sahib çıxa bilər.

Bunun üçün nə etmək lazımdır?

Xatırladaq ki, Azərbaycan 2007-ci ilin mayında Heyvan hüquqlarının qorunmasına dair Avropa konvensiyasına qoşulub. Bundan sonra heyvanlarla qəddar davrananlara, onları şikəst edən və ya öldürənlərə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələr 25 manatdan 500 manata qaldırılıb.amma heç bir vəsait insan həyatindan önəmli deyil. Statistika göstərir ki, Azərbaycanda sahibsiz itlərlə bağli ciddi iş aparilmalidir.

Bunu sən də, mən də, o da , bu da hər kəs apara bilər. yetər ki, istəyək. Qan tökmədən, güllə atmadan ən müasir üsullarla, çünki itin də yaşamaq haqqi var.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə