Müdafiə Nazirliyinin nümayəndə heyəti Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edir

Müdafiə Nazirliyinin nümayəndə heyəti Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edir

Aprelin 23-də Moskva şəhərində VIII beynəlxalq təhlükəsizlik konfransı öz işinə başlayıb. 

Müdafiə Nazirliyindən REAL-a verilən məlumata görə, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin ilk günü nümayəndə heyətləri üçün Moskva vilayətinin Kubinka şəhəri yaxınlığında yerləşən Rusiya Silahlı Qüvvələrinin hərbi vətənpərvərlik mədəniyyət və istirahət parkına tanışlıq səfəri təşkil edilib.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin də iştirak etdiyi forumda qlobal və regional təhlükəsizlik məsələləri, sülhməramlı fəaliyyətlər, hərbi əməkdaşlığın genişləndirilməsi, eləcə də müasir dünyada mövcud olan hərbi təhdidlər və risklər müzakirə olunur.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə