Lənkəranın dağ kəndlərinə gedən yollarda uçqun olub

Lənkəranın dağ kəndlərinə gedən yollarda uçqun olub

Lənkəranın üç dağ kəndinə gedən yollarda uçqunlar olub.

REAL-ın ONA-ya istinadən verdiyi məlumata görə, Hirkan-Daşdatük-Biləsər yolunda baş verən uçqunlara səbəb son günlər yağan leysan xarakterli yağışlar olub. Yolun Xanbulan, Daşdatük və Biləsər kəndlərindən keçən hissələrində problemlər daha çox müşahidə edilir. Belə ki, yolun asfalt qatı dağılıb və eni 1,5 metr, uzunluğu 10-15 metr olan yarğanlar yaranıb. Yolun su ötürücüləri keçən hissəsində də dağıntılar baş verib. Həmçinin yol yatağında çökmələrin olması yeni uçqunlara şərait yaradır. Artıq yolun bərpası üçün əraziyə xüsusi texnikalar gətirilib. Hava şəraiti stabilləşəndən sonra yolda təmir-bərpa işləri görüləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə