Rusiyada iki nəfərin ölümündə təqsirləndirilən azərbaycanlının həbs müddəti artırılıb

Rusiyada iki nəfərin ölümündə təqsirləndirilən azərbaycanlının həbs müddəti artırılıb

Rusiyanın Sankt-Peterburq şəhərində məhkəmə Nevski prospektində piyadaları vurmaqda ittiham olunan azərbaycanlı Murad Qasımova qarşı həbs qətimkan tədbirini may ayının sonuna qədər uzadıb.

REAL xəbər verir ki, bu barədə "Report" "Fontanka"ya istinadən xəbər verir.

İstintaqın vəsatətini təmin edən Kuybışev Rayon Məhkəməsi M.Qasimovun daha bir ay təcridxanada qalmasına dair hökm verib.

Təqsirləndirilən şəxs həbs olunmasına etiraz etməyib.

Xatırladaq ki, bu il fevralın 24-də gecə saatlarında M.Qasımovun idarə etdiyi BMW markalı avtomobil Nevski prospektində səkidə dayanmış beş nəfəri vurub, ABŞ vətəndaşını və bir moskvalını xilas etmək mümkün olmayıb. M.Qasımovun sözlərinə görə, gecə şəhər gəzintisinə çıxmazdan əvvəl o, narkotik təsirli qaz iyləyib və həmin narkotikin təsiri altında olub.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə