Bakı treki yarışa hazırdır - VİDEO

Bakı treki yarışa hazırdır - VİDEO
SOCAR Azərbaycan Qran-prisinə 3 gün qalıb

Formula 1 üzrə SOCAR Azərbaycan qran-prisinin startına 3 gün qalmış Bakı Şəhər halqası əməliyyat şirkəti jurnalistlər üçün media tur təşkil etdi.

Trek boyu səyahətimizə Paddok ərazisindən başladıq. Burada isə bütün məsuliyyət yarış obyektlərinin tikintisinə məsul Tom Buçerin çiyinlərindədir. Yükünü bokslarda yerbəyer edən komandalar yaxından çəkilişə razılıq vermədi. Təbii ki, qran-pri öncəsi heç kim öz mətbəxinin sirrlərini açmaq istəməz. Hamiltondan Kubitsaya kimi hər kəsin Bakı treki ilə bağlı öz planları var. Avstraliyalı Tom Buçer həmvətəni Daniel Rikardoya azarkeşlik etsə də, onu maraqlandıran əsas məqam hazırlığın yüksək səviyyədə tamamlanmasıdır. 

“Formula 1” və Beynəlxalq Avtomobil Federasiyalarının rəsmiləri yarışa tam hazırdır. Təkcə azarkeşlərin möhtəşəm tamaşanı izləyib, zövq almaları qalır. Çalışırıq ki, yarışı əvvəlki illərdə olduğu kimi yaxşı təşkil edək. Əlbəttə, son məqamda görüləcək işlər üzə çıxır. Bəzi yerlərdə sədd və qapılar quraşdırdıq, rəngləmə işləri apardıq. Həmçinin künc hissələrdə təhlükəsizlik məqsədi ilə əlavə baryerlər quraşdırdıq. Komandaların yükləri hava, quru və su yolu isə Bakıya gətirilib. Artıq komandalar öz qarajlarını hazırlayırlar. Tezliklə pilotları da burada görə biləcəyik.

Harriyet Biçer Stounun Tom dayının daxmasından çıxıb parad avtomobilində yerimizi tutduq. Yarışdan əvvəl pilotlar məhz bu avtomobildə treki gəzərək şəhərlə tanış olur. 

Bir dövrəni neçə dəqiqəyə tamamladığımızı xatırlamıram amma əminəm ki, pilotların göstərəcəyi nəticələr daha yaxşı olacaq. Trek üzrə səyahətimizi finiş xəttində bitirdik. Yarış həyəcanı öz yerində, gəlmişkən əyləncə zonalarına da baş çəkdik. Abşeron tribunasının arxasında vaxtınızı əyləncəli və səmərəli keçirməyiniz üçün bütün vasitələrə rast gəlmək mümkündür. Yarışa bilet alan azarkeşlər bu simulyatorlarda qran-pri həyəcanını əyani yaşaya biləcəklər. Adrenalin yaşadıqdan sonra yorulanlar üçün ayrıca məkan düşünülüb. Təmiz hava, yaşıllıq və dəniz. Bizdən fərqli olaraq turistlər bulvarı 5 barmağı kimi tanımır. Ona görə sahildə addımbaşı məlumat lövhələri quraşdırılıb. Xülasə yüz dəfə eşitməkdənsə 1 dəfə gəlib görmək məsləhətdir. Burada zamanınız Formula 1 bolidlərindən daha sürətli keçəcək.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə