ABŞ İranı Hörmüz boğazında gəmiçiliyi təmin etməyə çağırıb

ABŞ İranı Hörmüz boğazında gəmiçiliyi təmin etməyə çağırıb

ABŞ Hörmüz və Babül-Məndəb boğazlarında gəmiçiliyi təmin etməkdə qətiyyətli olduğunu bəyan edib. 

REAL ONA-ya istinadən xəbər verir ki, bu haqda Reuters agentliyinə ABŞ Dövlət departamentindən bildiriblər. 

Vaşinqton Tehranı enerjidaşıyıcıların nəqli azadlığına hörmətlə yanaşmağa çağırıb. 

Öncə İslam İnqilabi Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri komandanı, kontr-admiral Əlirza Tənqsiri bəyanatla çıxış edib.

Onun sözlərinə görə, İran neftinin ixracına qadağa qoyulduğu təqdirdə ölkənin hərbi qüvvələri Hörmüz boğazını bağlayacaqlar.   

Digər xəbərlər
Bu gün
Dünən