Bütün Qafqazın Şeyxi Rumıniya müsəlmanlarının dini rəhbəri ilə görüşüb

Bütün Qafqazın Şeyxi Rumıniya müsəlmanlarının dini rəhbəri ilə görüşüb

Aprelin 25-də Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Rumıniya müsəlmanlarının dini rəhbəri Murad Yusifi qəbul edib.

Qafqaz Müsəlmanları İdarəsindən REAL-a bildirilib ki, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə Azərbaycan dövlətinin beynəlxalq müstəvidə dinlər və sivilizasiyalararası əməkdaşlıq prosesinə verdiyi əməli töhfələrdən danışıb. Bütün Qafqazın Şeyxi multikulturalizmin ölkəmizdə dövlət siyasəti qismində həyata keçirildiyini deyib, QMİ nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin də bu mərama xidmət etdiyini xüsusi qeyd edib. Azərbaycanın nümunəvi multikultural dövlət modelinin tanıdılmasına həsr olunan və dünyanın bir çox dövlətlərində keçirilmiş beynəlxalq konfranslar barədə qonağı məlumatlandıran Bütün Qafqazın Şeyxi A. Paşazadə iyun ayında Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək növbəti beynəlxalq forumu xüsusi vurğulayıb və rumın müftinin də bu tədbirə dəvətli olduğunu diqqətə çatdırıb.

Rumıniya muftisi konfransda məmnuniyyətlə iştirak edəcəyini vurğulayıb.

Görüşdə Rumıniyanın Azərbaycandakı səfiri  Dan İanku iştirak edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə