Peyvənd söhbətləri - VİDEO

 Peyvənd söhbətləri - VİDEO
Azərbaycanda bu iş necə həyata keçirilir

Bütün valideynlər ələlxüsus qadınlar bir dəfə də olsa bu tərəddüdü yaşayır.

Övladıma peyvənd vurulsunmu? Sonra növbə gəlir məsləhətləşmə mərhələsinə. Peyvənd barəsində kifayət qədər məlumata malik olmayan ana az qala tanıdığı hər kəsdən peyvəndlə bağlı fikirlər öyrənməyə başlayır. Elə problemin özülü də burda gizlənir. Valideyn haçalanmış fikirlər arasında itib batır və nəticədə qərar verə bilmir. Belə məqamda sualınıza ən doğru cavabı həkim verə bilər. 

Peyvəndlə bağlı marifləndirmə işləri aparılsa da cəmiyyətdə hələ də fikir ayrılığı var. Peyvəndin zəruri olduğunu düşünənlərlə yanaşı, onun faydasızlığını deyənlər də var. 

Zər qədrini zərgər bilər. Övladlarımız bizim zər xaramız olsa da onların orqanizminin əyarını həkimlər daha yaxşı bilir. Məsləhətli don gen olar deməkdənsə, məsələyə həkim zərrəbini ilə baxmaq məsləhətdi. Əmin olun ki, bu yolla övladınızın gələcəyini daha böyük görəcəksiniz. 

Xatırladaq ki, ötən gün Ümumdünya Səhiyyə təşkilatı və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda immunlaşdırma həftəsinə start verildi.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə