Azərbaycan-Fransa münasibətləri - VİDEO

Azərbaycan-Fransa münasibətləri - VİDEO
A.Buşe: "Əlaqələrimiz kifayət qədər parlaqdır və genişlənir"

"Fransa və Azərbaycan arasında əlaqələrin vəziyyətini müxtəlif sahələrdə yüksək səviyyəli əməkdaşlıqlarla səciyyələndirmək olar." Bu  sözləri Fransanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Aurelia Buşe REAL-a açıqlamasında bildirdi.

"Bu yaxınlarda Azərbaycanın birinci vitse-prezidenti, zati-aliləri Mehriban Əliyevanın Fransaya yüksək səviyyəli səfəri bu əlaqələri əks etditən ən son və vacib hadisələrdən biri idi. O, rəsmilərlə, baş nazir, mədəniyyət və iqtisadiyyat nazirləri ilə yüksək səviyyəli görüşlər keçirdi. Bundan başqa, onun şirkətlərlə iqtisadi təmaslar qurmaqla yanaşı, mədəniyyət tədbirlərində iştirak etmək imkanı oldu, Orse Muzeyini ziyarət etdi. Bu, siyasi və daha geniş mənada iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu göstərən bariz nümunədir. Bu gün “Qarşılıqlı inam və antiradikalizm üzrə ikinci konfrans” çərçivəsində Azərbaycan Diplomatiya Akademiyasındayıq. Burada Fransanın Xarici İşlər Nazirliyinin yüksək səviyyəli nümayəndə heyətini – Xarici İşlər Nazirliyinin din məsələləri üzrə müşaviri, Səfir Jan-Kristof Poseli, qəbul etmək imkanına malik olduğumuz üçün çox şanslıyıq. O, bu simpoziumun, Avropa İttifaqının təşkil etdiyi bu dialoqun əsas spikerlərindən biridir. O, əlaqələrimizin necə zəngin və çoxşaxəli olduğunu göstərir. Azərbaycanda müxtəlif sahələrdə - mədəniyyət, təhsil, eyni zamanda, dini dialoqlar çərçivəsində keçirilən tədbirlərdə iştirak edirik. Deyə bilərəm ki, əlaqələrimiz kifayət qədər parlaqdır və genişlənməyə davam edir".

Səfir Fransa prezidentinin Azərbaycana səfər etməsi ilə də bağlı sualı cavablandırdı...

Prezident Makron, təbii ki, Azərbaycana gələcək. Lakin mən bunun hansı tarixdə olacağını hələlik bilmirəm.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə