Bizi mədəniyyətə aparan yol - VİDEO

Bizi mədəniyyətə aparan yol - VİDEO
Bakıətrafı qəsəbələrin yolları təzədən qurulur

Bura Sabunçu rayonu Ramana qəsəbəsi Elşən Məhərəmli küçəsidir. Bu bərbad yoldan bir gedən bir də getməz.

Amma küçə sakinləri artıq neçə illərdir ki, bərbad, iri çalalar yaranan, yağış yağanda isə keçilməsi müşkülə çevrilən yoldan istifadə etmək məcburiyyətindədirlər.

Günü gündən pisləşən vəziyyətə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi son qoyub.

Qurum tərəfindən hazırlanmış xüsusi layihəyə əsasən yolların təmiri işlərinə başlanılıb. Uzunluğu 3 km, eni isə 9 metr olan küçənin 27 min kv.m sahəsində təmir-bərpa işləri görülür. Qeyd edək Elşən Məhərrəmli küçəsindəki yoldan qəsəbənin15 mindən artıq əhalisi istifadə edir.

“Sabunçu rayonu üzrə 10 mindən artıq əhalisi olan “Savalan” yaşayış massivinin də yollarının vəziyyəti qənaətbəxş olmadığı üçün, üstəlik torpaq əsaslı və çınqıl örtüklü olduğu üçün burda da təxirəsalınmaz tədbirlərə start verildi. Nəticədə qısa müddət ərzində sözügedən yaşayış məntəqəsində vətədaşların əsas istifadə etdiyi və sosial obyetlərin yerləşdiyi 3 km uzunluğa malik olan yollarında təmir-bərpa işləri aparıldı, 20 min kv.m-ə yaxın sahəyə yeni asfalt-beton örtüyü döşəndi.”

Sabunçu rayonunda təmir bərpa işləri aparılan yollardan biri də  Bakıxanov qəsəbəsi General Səmədbəy Mehmandarov prospektidir. Prospekt qəsəbə üzrə mərkəzi yol hesab olunur və ərazidə yaşayan əhalinin əsas istifadə etdiyi yoldur. Uzun illər istismar olunduğundan yol demək olar ki, tamam sıradan çıxıb. Bu da ilk növbədə ərazidə yaşayanların böyük probleminə çevrilib. Hazırda yolda aparılan yenidən qurma işləri çərçivəsində yolun bir hissəsinə asfalt qatı döşənib. Qeyd edək ki, sözügedən yol Bakıxanov, Qaraçuxur və Yeni Suraxanı qəsəbələrinin 120 mindən artıq sakininin istifadəsindədir.

Digər bir təmir olunan yol isə Maştağa qəsəbəsinin Məhəmməd Şəfai küçəsidir. 1.4 km uzunluğa və 7 metr enə malik olan yola xırda dənəli asfalt-beton örtüyü döşənib. Yaxın müddət ərzində isə Sabunçu rayonu, Maştağa qəsəbəsində Mirəli Mirəliyev, Sabunçu qəsəbəsində İlyas Aslanov və Zabrat qəsəbəsində Qazi Məmməd küçələrində də təmir-tikinti işlərinə star veriləcək. 

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə