Yaz yağışında pit gəzintisi - VİDEO

Yaz yağışında pit gəzintisi - VİDEO
Komandalar yarışa hazırdır

Bu gündən etibarən Formula 1 SOCAR Azərbaycan Qran Prisinin əyləncə zonası azarkeşlərin ixtiyarına verildi.

Buna baxmayaraq sürət həvəskarlarının əksəriyyəti pit gəzintisində iştirak edirdi.

Çünki proqramın bu hissəsində komandaların bokslarını və bolidlərin yığılma prosesini yaxından müşahidə etmək imkanı vardı. Elə bu dəmdə başlayan yaz yağışı konstruktorları daha tədbirli olmağa çağırdı.

Hələlik bunlar hamısı ehtimallardır. Bakı trekində kimi at oynadacağını əvvəldən demək müşkül məsələdir.

Pit gəzintisi günü Bakı Şəhər Halqası əməliyyat şirkəti daha bir gözəl təşəbbüslə yadda qaldı. 

Ən maraqlı məqam isə Bakı trekində aşkar favoritin olmamasıdır. Təcrübə onu göstərir ki, iddialı pilotlar paytaxtımızda hər zaman sürprizlərlə qarşılaşır. 

Necə olacağını görmək üçün yarış saatını gözləyəcəyik. Cümə günü formula 1 pilotları sərbəst yürüşdə iştirak edəcəklər.

Bundan 1 gün sonra azarkeşlər sıralama turuna şahidlik edəcək.

Həlledici mərhələyə isə bazar günü start veriləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə