Bakıda “Bakı prosesi” - VİDEO

Bakıda “Bakı prosesi” - VİDEO

Mayın 2-3-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

Forumda TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Aralıq Dənizi Birliyinin baş katibi Nasser Kamel, TÜRKPA Baş katibi Altınbek Mamayusupov, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Mirça Çiopraqa, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Hadi Süleymanpur, Bəhailərin Beynəlxalq Birliyi baş katibi Joşua Linkoln, Benelux Birliyinin baş katibi Tomas Antoin, Andorranın UNESCO üzrə Milli Komissiyasının baş katibi Joan Miquel Armengol Petit, Özbəkistan Milli Komissiyasının baş katibi Alişer İkramov iştirak edəcək.

Tədbirin təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-dur.

Mədəniyyət Nazirlyinin Aparat rəhbərinin müavini Vasif Eyvazzadə “Real İntervyu” verilişində foruma hazırlıqlardan danışıb. 
 

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə