Türkiyə hərbçiləri Suriya sərhəddində hücuma hazırdır +FOTO

Türkiyə hərbçiləri Suriya sərhəddində hücuma hazırdır +FOTO
Tank və zirehli maşınlar lazımı nöqtələrdədir

Türkiyə Silahlı Qüvvələri yanvar ayının sonunadək Suriyanın Afrin şəhərində hərbi əməliyyatlara başlaya bilər.

Bu barədə Türkiyə mətbuatı məlumat verib. Verilən məlumata görə, hazırda bölgədə vəziyyət Türkiyə hərbçilərinin nəzarətindədir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə münasibət bildirərkən deyib ki, “hər an başlaya bilərik”.

Türkiyə hökuməti məlumat yayıb ki, hazırda Suriya sərhəddi tam nəzarətdədir. Əraziyə hərbi texnikalar yerləşdirilib. Tank və zirehli maşınlar lazımı nöqtələrdədir. Afrində PYD və YPG terror təşkilatlarına qarşı əməliyyatlara başlamaq üçün tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə