V Mədəniyyətlərarası forum cəmiyyətə nə verdi? - VİDEO

V Mədəniyyətlərarası forum cəmiyyətə nə verdi? - VİDEO
V Ümumdünya Mədəniyyətlərarası Forum işini yekunlaşdırdı

Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatdı. REAL TV-nin qonağı Forumun Əməliyyat Qrupunun rəhbəri Vasif Eyvazovdur. Vasif Eyvazov V mədəniyyətlərarası forumun yekunları barədə məlumat verdi.

“Bu forum nə ilə yadda qaldı və insanlara nə Verdi? Forum çərçivəsində 20- dən çox tədbir keçirildi bu da 20 sahəni əhatə etmək deməkdir. Bu forumda beynəlxalq qurumlarla hökumət rəsmiləri arasında debatlar yarada bildik. Forumda 3 mühüm xətt əsas təşkil etdi. Multikultural yaşam, gənclərin liderliyi, miqrasiya və diskriminasiya.Diplomatiya ilə baglı geniş müzakirələr oldu. Beynəlxalq aləmdə ikili standartlar və diplomatik yanaşmalarda yol verilən haqsızlıq məsələləri də müzakirə mövzusu oldu”,- deyə o bildirb.

Vasif Eyvazovun sözlərinə görə, forumda istənilən paneldə Qarabağ münaqişsəi barədə danışmaq mümkün idi. Çünki, bütün panellərdə Azərbaycanın Qarabağ həqiqətlərindən bəhs edən panelçilər var idi. Bu forum onu göstərdi ki, 90-cı illərdə yarımçıq qalmış və dondurulmuş münaqişələr bu gün yeni terror ocaqlarının və yeni müharibə ocaqlarının yaranamasına zəmin rolu oynayır. Bu münaqişələrə real qiymət verilməməsi , insanların susqunluğu milyonlarla insanın qurban getməsinə səbəb olur.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə