Heydər Əsədov: “... qətiyyən razı deyiləm” (VİDEO)

Heydər Əsədov: “... qətiyyən razı deyiləm” (VİDEO)
Nazir Real TV-yə müsahibəsində bir sıra məqamlara aydınlıq gətirib

“Azərbaycanın daxili bazarlarında yerli, keyfiyyətli məhsulların qıtlığı müşahidə edilir. Bu boşluğu xaricdən gətirilən keyfiyyətsiz məhsullar tutur. Bu barədə KİV-də, bəzən də ictimaiyyət arasında suallar doğurur. Mənim bu məsələyə yanaşmam tamam fərqlidir”

Bu sözləri Real TV-də Mir Şahinə müsahibəsində Kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Onun sözlərinə görə, qlobal bazar iştirakçıları ilə daxili bazar iştirakçılarını bir-birindən ayırmaq lazımdır.

“10, 50, 60, 80 sot sahəsi olan şəxsin qlobal bazarın iştirakçısı ola bilməsi mümkün deyil. Onlar rayon səviyyəsində bazarın iştirakçılarıdır. Bəziləri 100, 300, 500 kq məhsul yığır, amma nə ixrac etmək, nə yeni texnologiyaları tətbiq etmək, nə də məhsulu beynəlxaq standartlara uyğun qablaşdırmaq, çeşidləmək imkanları var. Bunlar rayon, bəzən də şəhərin bazar iştirakçılarıdır.

Qlobal bazarın iştirakçıları isə daha böyük texnologiyaya, sahəyə malikdir. Onlar daha çox bu məhsulları sənaye üsulu ilə istehsal edirlər. Xaricə istehsal olunan məhsullar görünüş, çəki baxımdan cəlbedici görünsə də, bu məhsullar sənaye üsulu ilə yetişdirilən məhsullardır.

Təbii məhsullar isə daha çox daxili bazarda satılır. Bu baxımdan daxili bazarda yerli, keyfiyyətsiz məhsulların satılması məsələsi ilə qətiyyən razı deyiləm”, - deyə Heydər Əsədov qeyd edib.

Müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz.

Real TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə