REAL TV-nin ümumrespublika yayımına çıxacağı gün bəlli olub.
REAL -ın verdiyi məlumata görə, kanal bu il mayın 10-da ümumrespublika yayımına çıxacaq.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının tərəfindən “REAL Təhlil İnformasiya Mərkəzi” Mərkəzi MMC-yə verilən ümumrespublika yayımı üçün xəbər kanalı lisenziyası REAL TV-yə bu gün təqdim olunub.
REAL TV MTRŞ-nın ötən il martın 5-də keçirilən iclasının qərarına əsasən, “REAL Təhlil İnformasiya Mərkəzi” MMC-yə verdiyi ixtisaslaşmış xəbər kanalı kimi peyk yayımı üçün müddətsiz lisenziya ilə fəaliyyətə başlayıb.