Çörəkdə qlütenin artıq olması artıq çəkiyə səbəb olur və allergik təsir göstərə bilər - VİDEO

Çörəkdə qlütenin artıq olması artıq çəkiyə səbəb olur və allergik təsir göstərə bilər - VİDEO
Qanunsuz fəaliyyət göstərən çörək sexi nəzarətə götürüldü

Bu gün "Real qida" verilişinin qonağı Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin rəisi Əkbər Əliyevdir.

Çörək sexlərində istifadə olunan məhsulların keyfiyyətinə necə nəzarət olunur?

Əkbər Əliyev bildirib ki, çörəkdə qlütenin artıq olması artıq çəkiyə səbəb olur və allergik təsir göstərə bilər: "Qida Təhlükəsizliyi Agentliyi tərəfindən illik yoxlama planlarına uyğun olaraq, həmçinin mövsumi olaraq çörək məhsulları üzərində monitorinqlər həyata keçirilir. İstehlakçılardan daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yerlərdə həmin şikayətlərlə bağlı araşdırmalar aparılır. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ötən ilin avqust ayında kartof xəstəliyinə qarşı mübarizə, profilaktik tədbirlərin aparılması ilə bağlı tədbirlər planı işlənib hazırlanıb. Həmin tədbirlər planı çərçivəsində respublika ərazisində fəaliyyət göstərən çörəkbişirmə müəssisələrində maarifləndirmə xarakterli monitorinqlər aparılıb və bu sahədə mövcud normativ sənədlərin tələbləri izzah olunub. Tələblər nədən ibarətdir? İlk növbədə bu sahədə çalışan sahibkarlıq subyetləri ciddi sanitar norma qaydalarına riayət etməlidirlər. Əsasən çörək zavodlarında xammal olaraq buğda unudur. Bu da çörəkbişirmə müəssisələrində xüsusi anbarlarda saxlanılır. Bəzi çörəkbişirmə müəssisələrində texnoloji ardıcıllıq pozulur. Əhali arasında çörəyin tərkibinə hər hansı boyaq maddələrinin qatılması barədə məlumatlar yayılır. Əlbəttə belə hallara rast gələnlər Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Çörək məhsullarının istehsalında ən çox qlütendən istifadə edilir. Bu da unun tərkibində proteinin miqdarının artırılması məqsədiylədir. Qlüten yapışqanlıq xüsusiyyətinə malikdir və allergik təsir göstərə bilər. Lakin bu bəlli miqdarda, normada olduqda heç bir ziyanı yoxdur".

Verilişdə qidamızın keyfiyyəti və qanunsuzluqlar barədə danışılır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə