İlham Zəkiyev Bakıdakı Qran-pridə finala yüksələ bilməyib

İlham Zəkiyev Bakıdakı Qran-pridə finala yüksələ bilməyib

Azərbaycanın 2 qat paralimpiya çempionu İlham Zəkiyev Bakıda keçirilən paracüdo üzrə Qran-pri turnirində finala yüksələ bilməyib.

REAL "Report"-a istinadla xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan 39 yaşlı idmançı yarımfinalda Özbəkistan təmsilçisi Şirin Şaripova uduzub.

Zəkiyev bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi təsəlliverici görüşlərdən sonra bəlli olacaq. 

Qeyd edək ki, İlham Zəkiyev həm də ikiqat dünya və 7 qat Avropa çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibidir. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə