Paracüdoçumuz Rövşən Səfərov beynəlxalq turnirin finalına vəsiqə qazanıb

Paracüdoçumuz Rövşən Səfərov beynəlxalq turnirin finalına vəsiqə qazanıb

Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarında çıxış edən Azərbaycan idmançısı Rövşən Səfərov turnirin final mərhələsinə yüksəlib.

REAL AZƏRTAC-a istinadla xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız moldovalı Oleq Kretula qalib gələrək dörddəbir finala yüksəlib. Paracüdoçumuzun növbəti rəqibi Türkiyə idmançısı İbrahim Bölükbaşı olub. Rəqibini 3 saniyəyə ipponla məğlub edən R.Səfərov yarımfinala vəsiqə qazanıb. Növbəti görüşündə də idmançımız Ukrayna təmilçisi Aleksandr Nazarenkonu 3 saniyəyə ipponla məğlub edərək finala vəsiqə qazanıb. Finalda R.Səfərov İran idmançısı Vahid Nouri ilə qarşılaşacaq.

Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparır.

Turnirin ilk günündə Azərbaycan millisi 3 qızıl, 3 gümüş və 3 bürünc medala sahib olub. Qran-Pri "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə