Luiş Fiqu Bakıdakı Avropa Liqası finalının könüllülərini təbrik edib

Luiş Fiqu Bakıdakı Avropa Liqası finalının könüllülərini təbrik edib

Portuqaliya millisinin sabiq futbolçusu Luiş Fiqu Bakıdakı UEFA Avropa Liqasının final oyununun könüllülərinə təbrik mesajı göndərib. 

REAL "Report"-a istinadla xəbər ki, 46 yaşlı veteran futbolçu final üçün yaradılmış Könüllülər Proqramına müraciət mərhələsində rekord göstəricinin qeydə alınmasına görə bu addımı atıb 

Könüllülər Proqramına qoşulan iştirakçıları salamlayan sabiq yarımmüdafiəçi bu tədbirin bir hissəsi olduqları üçün onlara təşəkkür edib: "Əminəm ki, Bakıda keçiriləcək unudulmaz final oyununa hazırsınız. Bizimlə birlikdə çalışacağınız bu futbol macərasında hər birinizə uğurlar arzulayıram" - deyə Luiş Fiqu bildiirib. 

Qeyd edək ki, final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Könüllülər Proqramına dekabrın 13-dən yanvarın 31-dək davam edən qeydiyyat prosesində 3000-dən çox könüllü qeydiyyatdan keçib. Bununla da UEFA Avropa Liqasının, eləcə də UEFA klub yarışlarının finalı tarixində ilkə imza atılıb. 

Qeyd edək ki, İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə