AFFA “Qarabağ”ı cərimələyib

AFFA “Qarabağ”ı cərimələyib

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

REAL ONA-ya istinadla xəbər verir ki,  yığıncaqda Topaz Premyer Liqasının XXVIII turunda baş verən xoşagəlməz hadisələr müzakirə olunub.

Komitə üzvləri baş verənlərlə bağlı müvafiq qərarlar qəbul ediblər. “Keşlə”nin futbolçusu Edvinas Girdvanis “Səbail”lə oyunda qırmızı vərəqə aldığı üçün bir matçlıq cəzalanıb və 200 manat cərimə olunub. “Səbail” 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat cərimələnib.    

“Sumqayıt” – “Qəbələ” matçında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat ziyana düşüb. “Neftçi” – “Qarabağ” oyununda 6 futbolçusu sarı vərəqə ilə cəzalanan Ağdam klubu da 800 manat cərimə olunub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə