Savat üzrə birinciliyə yekun vurulub - VİDEO

Savat üzrə birinciliyə yekun vurulub - VİDEO
Yarışda 160-dan çox idmançı mübarizə aparıb

Hövsan Olimpiya İdman Kompleksində Savat döyüş növü üzrə yeniyetmə və gənclər arasında açıq Bakı birinciliyinə yekun vurulub.

Yarış fransız boksu da adlandırılan Savat döyüş növünün ASSO versiyası üzrə keçirilib.

Birincilikdə 16 komandanın tərkibində 160-dan çox idmançı qüvvəsini sınayıb.

Yekunda Gömrük İdman Sağlamlıq Mərkəzinin idmançıları komanda hesabında qələbəni bayram ediblər.

İkinci yeri "Fateh" İdman Klubunun yetirmələri tutub.

Ən güclü üçlüyü Mərkəzi Ordu İdman Klubu tutub.

Bundan sonra təmsilçilərimizi iyun ayında Tunisdə təşkil olunacaq dünya çempionatı gözləyir.

Yeniyetmə və gənclərdən ibarət yığma komandamız isə Macarıstada baş tutacaq dünya birinciliyində mübarizə aparacaq.

Qeyd edək ki, fransız boksçu 2024-cü ildə Fransada təşkil olunacaq yay olimpiya oyunlarının proqramına daxil edilib.

Federasiyanın əsas məqsədi olimpiadaya qədər güclü yığma komanda formalaşdırmaqdır.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə