Olimpiadanın “Astana“sında - VİDEO

Olimpiadanın “Astana“sında - VİDEO
Güləş federasiyasında yığma üzvləri ilə görüş keçirilib

Güləş federasiyasının inzibati binasında Avropa çempionatında medal qazanmış idmançılar və məşqçi heyəti ilə görüş keçirilib.

Federasiya rəhbəri Namiq Əliyevin iştirakı ilə baş tutmuş tədbirdə qitə miqyaslı yarışdakı nəticələr və qarşıdakı planlar barədə fikir mübadiləsi aparılıb.

Federasiya rəhbərinin sözlərinə görə əsas məsələ olimpiada üçün əldə olunacaq lisenziyaların sayı deyil. Tokioya yollanacaq heyətin üzvləri medallara real namizədlər olmalıdır. 

Olimpiya oyunlarına lisenziya verəcək ilk yarış isə Qazaxıstanda baş tutacaq dünya çempionatı olacaq. Məhz bu yarışda bahadırlarımız yüksək yerlər uğrunda mübarizə aparacaq. Təbii ki, mundial Tokioya aparan yeganə yol deyil. Bundan sonra bahadırlarımız bir neçə lisenziya xarakterli yarışlarda qüvvəsini sınayacaq ki, belə turnirlərdən biri də Bakıda keçirilə bilər. Ən azı ona görə ki, beynəlxalq güləş federasiyası Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətinə yaxşı bələddir. 

Tədbirin sonunda güləş üzrə yığma komandalarımızın üzvləri və məşqçilər heyəti mükafatlarılıb. Bundan sonra qarşıda yalnız 1 məqsəd var.

Qazaxıstanda keçiriləcək dünya çempionatında rəqiblərin kürəyini xalçaya sıxmaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə