ABŞ və Rusiyanın XİN başçıları münasibətləri yoluna qoymaq barədə razılaşıblar

ABŞ və Rusiyanın XİN başçıları münasibətləri yoluna qoymaq barədə razılaşıblar

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Mayk Pompeo iki ölkə arasındakı münasibətləri normal səviyyəyə gətirmək üçün addımlar atmaqla bağlı razılığa gəliblər.

REAL “Report”a istinadən xəbər verir ki, S.Lavrov iki ölkənin qarşılıqlı təmas kanallarını bərpa etmək zərurətini qəbul etdiklərini bildirib. 

Eyni zamanda rusiyalı nazir ABŞ ilə işgüzar əlaqələri üçün əlverişli mühit yaratmaq üçün ikitərəfli biznes şurası təsis etməyə tərəfdar olduqlarını qeyd edib.

Həmçinin görüş zamanı Venesuela, Suriya və Ukraynadakı vəziyyətə dair fikir mübadiləsi aparılıb. Hələ də xeyli fərqli baxışlara malik olduqları İran nüvə proqramına dair Rusiya və ABŞ-ın danışıqları davam etdirdikləri də bildirilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə