Baş Nazirin müavini: Son iki ildə Azərbaycanda 250 minə yaxın iş yeri leqallaşdırılıb

Baş Nazirin müavini: Son iki ildə Azərbaycanda 250 minə yaxın iş yeri leqallaşdırılıb

"Özəl sektorla bağlı müəyyən narahatlıqlar vardı. Son iki ildə Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində 250 minə yaxın iş yeri leqallaşıb. Bununla da Dövlət Sosial Müdafiə Fonduna ödənilən vəsait 200 milyon manata qədər artıb".

REAL xəbər verir ki, bunu Azərbaycan Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli ƏhmədovBakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqu"nda deyib.

Onun sözlərinə görə, bu, özəl sektorun inkişafına səbəb olacaq.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan özəl sektorun inkişafı ilə bağlı bütün addımları atır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə