Sədr: AQTA-nın adından istifadə edənlər barədə cinayət işinin arealı genişlənir

Sədr: AQTA-nın adından istifadə edənlər barədə cinayət işinin arealı genişlənir

"Təəssüflə qeyd edim ki, Qida Təhlükəsizliyi Agentliyinin adından müxtəlif dələduzlar əsasən ticarət şəbəkələrində reyd keçirərək vəsiqə təqdim edir, özlərini agentliyin əməkdaşı kimi göstərirlər".

REAL xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib:

"Artıq Respublika Prokurorluğu tərəfindən onlara qarşı cinayət işi açılıb, bir neçə nəfər həbs olunub. Cinayət işinin arealı da genişlənir. Müxtəlif rayonlardan bizə məlumatlar daxil olur ki, digər rayonlarda belə faktlar aşkar olunub. Hazırda hüquq-mühafizə orqanları onlar haqqında lazımi tədbirlər görür. Sonda qərar veriləcək ki, bu, fərdi və ya şəbəkələşmiş formada olub. Amma aşkar olunmuş faktlarda 3 nəfər bir, 2 nəfər bir, 1 nəfərin də tək belə dələduzluq fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb".

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə