Azərbaycanda sahibkarlara verilən güzəştli kreditlərin məbləği 2,3 milyard manata çatıb

Azərbaycanda sahibkarlara verilən güzəştli kreditlərin məbləği 2,3 milyard manata çatıb

“Azərbaycanda özəl sektorun inkişafı üçün çox ciddi addımlar atılıb”.

REAL xəbər verir ki, bunu Bakıda keçirilən Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqunda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

Onun sözlərinə görə, ölkə prezidentinin təşəbbüsü ilə biznes üçün verilən icazələrin sayın kəskin azaldılıb. “Bir müddət əvvəl mövcud olan 330 növ icazədən 86 növ icazə saxlanılıb. Bu isə o deməkdir ki, bu sahədə 4 dəfə azalma var”.

Nazir müavini həmçinin deyib ki, Azərbaycanda vergi-gömrük sahəsində də xeyli işlər görülüb: “Məsələn, gömrükdə elektron bəyanetmə, “Yaşıl Dəhliz” buraxılış sistemi tətbiq olunur ki, bu da sahibkarların vaxt itkisini azaldıb”.

S.Məmmədovun sözlərinə görə, ölkədən ixracın stimullaşdırılması istiqamətində işlər görülüb: “Bu gün bir sıra məhsullar “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına çıxarılır və ölkəmizi tanıdır”.

Nazir müavini əlavə edib ki, indiyə qədər Azərbaycanda ümumi dəyəri 5,5 milyard manat təşkil edən investisiya layihələrin Sahibkarların İnkişafı Fondu tərəfindən 2,3 milyard manat güzəştli kredit verilib. 

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə