Bakıda növbəti Avropa çempionatı - VİDEO

 Bakıda növbəti Avropa çempionatı - VİDEO
Azarkeşləri möhtəşəm açılış mərasimi gözləyir

Sabah Bakıda bədii gimnastika üzrə Avropa çempionatına start veriləcək. 4 gün davam edəcək yarış milli gimnastika arenasında təşkil olunacaq.

Arenaya gələcək azarkeşlər qitənin ən güclü gimnastları ilə yanaşı, möhtəşəm açılış mərasiminə də şahidlik edəcəklər.

Tədbir iştirakçı ölkələrin bayraqlarının arenaya gətirilməsi ilə başlayacaq.

Daha sonra daha sonra yığmamızın baş məşqçisi Mariana Vasilyevanın quruluş verdiyi bədii hissə başlayacaq. Librettonun əsas qəhrəmanları su və alov adamdır.

Onların mübarizəsi yekunda ədalətin bərqərar olması ilə nəticələnir. Yarış zamanı Maskot Luici tamaşaçılara əyləncəli anlar yaşadacaq.

Amerika birləşmiş ştatlarından dəvət olunmuş şən meymun hər kəsi arenada gözləyəcək. 

Qeyd edək ki, bu yarışdan sonra milli gimnastika arenasında aerobika üzrə sayca 11-ci avropa çempionatı baş tutacaq. Həmin birincilik 24-26 may tarixlərində keçiriləcək.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə