Formula-1: Meksika Qran-prisi maliyyə səbəbindən dayandırılır

Formula-1: Meksika Qran-prisi maliyyə səbəbindən dayandırılır

“Formula-1” üzrə dünya çempionatının təqvimində dəyişiklik ediləcək.

REAL xəbər verir ki, Meksika Qran-prisi yarışın proqramından çıxarılacaq.

Şimali Amerika ölkəsi 2020-ci ildə yarışa ev sahibliyi edə bilməyəcək.

Buna ölkə rəhbərliyinin yürüşün maliyyələşdirilməsi üçün ayırdığı vəsaitin nəzərəçarpacaq dərəcədə azaldılmasıdır.

Bu səbəbdən də 2015-ci ildən Qran-pri təşkil edən meksikalılar “Formula-1”in sahibi olan “Liberty Media”ya 37 milyon avro ödəyə bilmir.

Müqavilənin 2025-ci ilədək uzadılması üçün isə bu məbləğ zəruridir.

Qeyd edək ki, 2020-ci ildən Hollandiya və Vyetnam Qran-priləri təşkil olunacaq.

Bu üzdən də iki yarışın təqvimdən çıxarılacağı gözlənilir. Bunların isə İspaniya və Meksikadakı yarışların olması ehtimal edilir.

Digər xəbərlər
Bu gün
Dünən