Bakıda yeznəsini öldürən şəxsə hökm oxunub

Bakıda yeznəsini öldürən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Samir Ağakişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

REAL ONA-a istinadla xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Ağakişiyev 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il avqustun 20-də axşam saat 22:30 radələrində Bakının Yasamal rayonunda baş verib. 1970-ci il təvəllüdlü Mustafazadə Faiq Fərhad oğlunun ürəyinə bıçaq zərbəsi endirilib və o, aldığı zərbədən yerindəcə ölüb. Sonra Ağakişiyev Samir Bəşir oğlu könüllü olaraq polisə təslim olub. O, yeznəsini aralarında yaranan münaqişə zəminində öldürdüyünü deyib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə