Dayanıqlı İnkişaf Məqsədləri - VİDEO

Dayanıqlı İnkişaf Məqsədləri - VİDEO
Özəl sektorun inkişafında ehtiyac duyulan sahələr müzakirə olunur

Dayanıqlı inkişaf məsələləri ilə bağlı layihənin həyata keçirilməsi ilə bağlı Azərbaycan hökuməti yaxından iştirak edir.

Diqqəti çəkən naliyyətlərimiz var. Biz 2017 ci ildə ilk milli hesabatımızı təqdim etmişik. Bu ilin yayında isə ikinci hesabatımızı təqdim edəcəyik. Bunu Azərbaycan Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda Dövlət-Özəl Sektor dialoqu"nda jurnalistlərə açıqlamasında bildirdi. 

Baş nazirin müavinin sözlərinə görə, Özəl sektorla bağlı müəyyən narahatlıqlar vardı. Son iki ildə Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində 250 minə yaxın iş yeri leqallaşıb. Bununla da Dövlət Sosial Müdafiə Fonduna ödənilən vəsait 200 milyon manata qədər artıb. 

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov isə çıxışı zamanı , bu gün Azərbaycanda güclü sahibkarlar ordusunun formalaşdığını, qısa müddətdə qeydiyyatdan keçən sahibkarlıq subyektlərinin sayının 990 mini ötdüyünü bildirdi. 

BMT-nin İnkişaf proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti DİM-lərə çatmaq üçün görüləcək tədbirlər , bu sahədə Azərbaycanla əməkdaşlıq barədə fikirlərini bölüşdü.

Panel iclasda DİM-lərə nail olmaq üçün Dövlət özəl tərəfdaşlığının gücləndirilməsi, bu sahədə sahibkarlığın töhfəsi barədə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə