EKSKLÜZİV - VİDEO

EKSKLÜZİV - VİDEO
Belarusun Baş nazirinin müavini REAL-a danışır

XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgilərində iştirak etmək üçün Azərbaycana gələn Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenko REAL-a Azərbaycanla Belarus arasında mövcud əməkdaşlıq əlaqələrindən danışıb.

"Ötən gün ilk 500-75 modelli, Azərbaycan şərtlərində çalışması üçün təchiz edilmiş komabaynları nümayiş etdirmişik. Modeli “Qomselmaş”ın direktoru şəxsən özü təqdim etdi. Razılaşdıq ki, sifarişin həcmi kifayət qədər böyük olacaq. Biz lokalizasiyanı 35 faiz təmin etməyə hazırıq. Bu Azərbaycan üçün istehsalın inkişafı baxımdan müsbət hal, eyni zamanda, insanların qazanc yeri, yaxşı xidmət və texniki biliklərin arıtırılması deməkdir. Avtobuslara gəlincə pis modellər təklif etmirik. Avtobusda 72 sərnişin yerləşir, kondisionerlə təchiz olunub. Avtomat ötürücü sistemə, güclü mühərrikə malikdir. Bu da öz növbəsində həm sərnişinlər həm də istismarçı təşkilat üçün rahatlıq deməkdir. Bu gün hörmətli Azərbaycan prezidenti ilə ünsiyyət zamanı mən bu məsələlər barədə qısa məlumat verdim. Prezident Gəncə zavodundakı bütün bu təşəbbüsləri dəstəklədi. Gəncə zavodu rəhbərliyini və işçilərinin fəaliyyətini xüsusi ilə qiymətləndirmək istəyirəm. Onların qızıl əlləri var, gözləri parıldayır və inanırıq ki, onlar montaj texnikasını ən yaxşı şəkildə təmin edəcəklər. İlkin sifarişlərin olması barədə sualı cavablandıra bilməyəcəm. Bu işlə Gəncə zavodunun direktoru məşğul olur. Çünki bu blokda Belarus texniki dəstək verir, işin kommersiya tərəfi ilə Azərbaycan məşğul olur".

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə