Nazir: Blokçeyn texnologiyalarının ölkədə tətbiq edilməsi imkanları geniş araşdırılmalıdır

Nazir: Blokçeyn texnologiyalarının ölkədə tətbiq edilməsi imkanları geniş araşdırılmalıdır

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı bütün təşəbbüsləri dəstəkləyir”.

REAL “Report”a istinadən xəbər verir ki, bunu nazir Ramin Quluzadə Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitində (“Fintex Sammit”) deyib.

“Blokçeyn texnologiyalarının ölkədə tətbiq edilməsi imkanları geniş araşdırılmalıdır. Hazırda bununla bağlı nazirliyin dəstəyi ilə bir sıra tədbirlər həyata keçirilir. Data Mərkəzimiz bu məsələdə böyük rol oynaya, məlumatların emalı istiqamətində bu proseslərə texniki dəstək verə bilər. Hazırda Mərkəz geniş imkanları çərçivəsində yerli və beynəlxalq qurumlara bulud xidmətləri göstərir. Onu da qeyd edim ki, nazirliyin fəaliyyət istiqamətlərindən biri də innovativ layihələrə dəstək verməkdir. Ölkədə startapların inkişaf etdirilməsi üçün müxtəlif layihələr, təlimlər keçirilir”, - nazir əlavə edib. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə