Bakıda keçiriləcək dünya çempionatının daha bir ulduz səfirinin adı açıqlanıb

Bakıda keçiriləcək dünya çempionatının daha bir ulduz səfirinin adı açıqlanıb

Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının daha bir ulduz səfirinin adı açıqlanıb. 

REAL ONA -ya istinadən xəbər verir ki, əməkdar artist, müğənni Miri Yusif sentyabrın 16-22-da baş tutacaq mundialda bu funksiyanı yerinə yetirəcək.

Hit mahnıların müəllifi dünya çempionatına hazırlıq çərçivəsində yarışların təşviqat və təbliğatı üçün hazırlanan xüsusi proqramda iştirak edəcək.

Bunlarla yanaşı, çempionata həsr olunan bir sıra eksklüziv işlər də təqdim edəcək.

Qeyd edək ki, mundialın digər ulduz səfiri çoxqat dünya çempionu, Olimpiya Oyunları mükafatçısı (Atlanta-1996), sabiq gimnast Yana Batırşinadır. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə