Azərbaycanlı rəqqaslar Asiya mədəniyyət karnavalında iştirak edir

Azərbaycanlı rəqqaslar Asiya mədəniyyət karnavalında iştirak edir

Çinin paytaxtı Pekində keçirilən “Asiya sivilizasiyalarının dialoqu” konfransı çərçivəsində Asiya mədəniyyət karnavalının açılışı olub.

REAL ONA -ya istinadən xəbər verir ki, Pekindəki məşhur “Quş yuvası” stadionunda keçirilən tədbirdə Çin Xalq Respublikasının Sədri Si Cinpin çıxış edib.

Karnavalda yerli incəsənət ustaları ilə yanaşı, Asiyanın bir neçə ölkəsindən, o cümlədən Azərbaycan, Türkiyə, Rusiya, Tacikistan və digər dövlətlərdən mahnı və rəqs qrupları, musiqiçilər çıxış ediblər.

Azərbaycan Dövlət Rəqs Ansamblının üzvləri “Mənim Azərbaycanım” kompozisiyasını təqdim ediblər.

Mayın 22-dək davam edəcək karnaval Asiya xalqları arasında mədəni mübadilənin təşviqi məqsədini daşıyır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə