Alim Quliyev: Mərkəzi Bank ciddi əhəmiyyəti olan 2 mühüm layihənin realizasiyası üzərində çalışıb

Alim Quliyev: Mərkəzi Bank ciddi əhəmiyyəti olan 2 mühüm layihənin realizasiyası üzərində çalışıb

"Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzi, Banklar Asosiasiyası arasında qarşılıqlı əməkdaşlığa dair mümorandum imzalanacaq".

REAL xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Alim Quliyev deyib.

Alim Quliyev bildirib ki, memorandum çərçivəsində tərəflər maliyyə və rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi, maliyyə xidmətləri üzrə informasiya xidmətlərinin aparılması və təcrübələrin bölüşdürülməsi, Fintex standartlarının fəaliyyətinin dəstəkləmnəsi kimi  stiqamətlərdə  birgə və davamlı fəaliyyətin çərçivəsinin müəyyənləşdirəcəklər. 

"Azərbaycan Mərkəzi Bankı öz növbəsində qlobal müstəvidə surətlə inkişaf edən texnoloji prosesləri çox yaxından və davamlı olaraq izləyir və maliyyə bank sektorunun, o cümlədən ödəniş sistemlərinin arxitektirasının daha da müasirləşdirilməsi istiqamətində tətbiq imkanlarını daim araşdırır. Mərkəzi Bank ölkə üçün çox ciddi əhəmiyyəti olan 2 mühüm layihənin realizasiyası üzərində çalışıb. Bu layihələrdən biri ani ödənişlər sistemi layihəsidir. Dünyanın 50-dən çox ölkəsində ani ödənişlər sistemi tətbiq olunmaqdadır. Bu sistemin yaradılması nəticəsində fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı ödəniş əməliyyatları üzrə hesablaşmaların tamamlanması 7-24 365 regimində tamamlanacaq", -deyə o bildirib..

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə