Vüsal Qasımlı: Maliyyə Texnologiyalarının tətbiqi bütövlükdə xərcləri 30 faizə qədər aşağı salır

Vüsal Qasımlı: Maliyyə Texnologiyalarının tətbiqi bütövlükdə xərcləri 30 faizə qədər aşağı salır

“Azərbaycanda maliyyə texnologiyalarının tətbiqi genişlənməlidir”.

REAL xəbər verir ki, bunu Bakıda Maliyyə və Texnologiyalar Sammitində (“Fintex Sammit”) çıxışı zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

“Ənənəvi bankçılıq maliyyə texnologiyalarından istifadəni genişləndirməli, bununla bağlı bir qovşaq yaranmalıdır. Əks təqdirdə bank sektoru uduza bilər. Açıq bankçılığa sürətli keçid təmin edilməlidir. Azərbaycanda aparılan uğurlu islahatlar bank sektorunun da uğurunu təmin edəcək”, - o qeyd edib. 

"Maliyyə Texnologiyaları bütün dünyada əsas trenddir. Maliyyə Texnologiyalarının tətbiqi bütövlükdə biznes əməliyyatları, maliyyə hesabatlığı və kopmplayns üzrə xərcləri 30 faizə qədər aşağı salır ki, bu bütövlükdə maliyyə bank sektoru üçün çox əhəmiyyətli bir irəliləyişdir", deyə Vüsal Qasımlı bildirib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə