Zakir Nuriyev: Azərbaycan regionun bank və maliyyə mərkəzi funksiyalarını üzərinə götürüb - VİDEO

Zakir Nuriyev: Azərbaycan regionun bank və maliyyə mərkəzi funksiyalarını üzərinə götürüb - VİDEO

“Maliyyə və Texnologiyalar Sammitinin (“Fintex Sammit”) qarşıdakı dövrlərdə illik olaraq keçirilməsi planlaşdırılır”.

REAL xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, qarşıdakı dövrdə əsas hədəf bu platformaların inkişaf etdirilməsidir.

“Hesab edirik ki, bu gün Azərbaycan maliyyə imkanlarına görə regionun ən mühüm dövlətidir, bank və maliyyə mərkəzi funksiyalarını üzərinə götürüb. Məhz buna görə də qabaqcıl texnologiyaların tətbiqinin inkişaf etdirilməsi vacibdir”, - o deyib.

Bundan başqa, Z.Nuriyev əlavə edib ki, Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanı maliyyə sektorunun yeni, dayanıqlı inkişaf mərhələsinə keçməsinə imkan yaradıb: “Bu fərmanla bankların iqtisadiyyatın real sektorunu effektiv maliyyələşdirməsinə geniş imkan yaranıb. Bu istiqamətdə görülən əməli işlərin bundan sonra da davam etdirilməsi qarşıda duran prioritet məsələlərdən biridir”. 

Z.Nuriyev bildirib ki, texnologiyaların tətbiqi istiqamətində bir çox tədbirlər həyata keçirilib: "Nəğdsiz iqtisadiyyatın kiçildilməsi, kölgə iqtisadiyyatının azaldılması istiqamətində xeyli işlər görülüb. Bu gün imzalanan tərəfdaşlıq memorandumunda əsas məqsədimiz iştirakçıların və bu proqramın tərəfdaşları arasında əlaqənin daha da inkişaf etdirilməsi, banklarla, xüsusilə bu proqramın əsas aparıcı qüvvəsi olan banklarla digər tərəfdaşlar arasında əlaqənin daha da gücləndirilməsi və prosesin qarşıdakı dövrdə nəzərdə tutulmuş hədəflərə çatmasının təmin edilməsi  və görülmüş işlərin daha da inkişaf etməsinə nail olmaqdır".

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə