Ramiz Rövşənin “Sevgi Açarı” - VİDEO

Ramiz Rövşənin “Sevgi Açarı” - VİDEO
Şairin yeni kitabı çapdan çıxdı

Düz demirsən şair. 73 yaşında da ən çox sevgi etirafları sənin ünvanına gəldi. Kitablarının təqdimatında söz alan nə qədər qara palatrlı qadın “sizi sevirəm “dedi. 

Açığı ədəbi cameə belə gurultulu kitab təqdimatı üçün xeyli qəribsəmişdi. Ramiz Rövşən durub göy üzünə daş atan oğlanlara sübut elədi ki, ilin günün bu vaxtında yaxşı tirajla kitab çıxartmaq da olar, onu sevgi ilə, səmimiyyətlə təqdim etmək də...Bu klassik nümunə həm də klassiklərə daş atamqla gündəmə gələn gənclər üçün də bir jest idi. Həm də Ramiz Rövşən böyüklüyü. Hansı ki, bəzən onu da göz görəsi kiçiltməyə çalışır, haqqında adətən belə deyirlər. Ramiz Rövşən şerində insanın “yük”ü, hər zaman “insan”dan böyükdür. O dünyanı lənətləyən, ona inanmayan şairdir və əgər şair yox, rəssam olsaydı, əsərlərində qara dominantlıq təşkil edərdi. Bu mənada Ramiz Rövşəni bütün şairlər içərisində ən pessimisti sayırlar. Konkret nümunələrlə. “Düşmən nədir, dost evini dost yıxar” – Çıx qapıya, ölüm küsüb getməsin. Və yaxud, dünya qəfil işıqlansa görərik kim kimin evindən çıxır”. Əslində şairi qaramatın ən ifrat formasını təbliğ etməkdə, melanxolik ruhlu şerlər yazmaqda tənqid edənlər bir şeyi yaddan çıxarırlar. Bəyəm kədər, depressiv ruh halı elə insanlıq halı deyilmi? Şair insan yaşantılarını dilə gətirirsə, bizə həqiqətləri öz şeirlərində pıçıldayırsa, bunun nəyi pisdir ki? 

Qara paltarlı qadın….

Əslində Ramiz Rövşən də ədəbiyyatda sovet dövrünün məhsuludur. Deməli, istəsəydi şeirlərini socialist realizmi üslubunda da yazardı. Amma o bizim arzularımızın ifadəsi kimi yazdı. 

Döz bu dərdə dözənəcən
Bu dərd səni üzünəcən
Oğul gəlib dizinəcən
Hanı dizdən aşağı?..

Qarabağ müharibəsi bizə nə qədər dizdən aşağısı olmayan oğullar verdi. Şahxanım nənənin qolları kimi neçə-neçə ananın qolları oğul boyuna uzanıb boşa çıxdı, dünyanı dolandı, geri qayıtdı. Məncə , o qollardır həm də Ramiz Rövşən şeirini belə zirvəyə qaldıran.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə