Macarıstan Azərbaycanla oyun üçün heyətini açıqlayıb

Macarıstan Azərbaycanla oyun üçün heyətini açıqlayıb

Futbol üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibi Macarıstan yığmasının ilkin heyəti açıqlanıb. 

REAL ONA -ya istinadən xəbər verir ki, baş məşqçi Marko Rossi iyunun 8-də Bakıda Azərbaycan, üç gün sonra evdə Uelsə qarşı keçiriləcək oyunlara çağıracağı futbolçuları müəyyənləşdirib.

O, qarşıdakı görüşlərə 32 futbolçu çağırıb.

Qapıçılar: Dibuş Deneş (“Ferentsvaroş”), Peter Qulaşi (“Leypsiq”, Almaniya), Adam Kovaşik (“Videoton”), David Qrof (“Honved”);

Müdafiəçilər: Barat Botond (“Sportinq Kanzas”, ABŞ), Bese Benabaş (“Havr”, Fransa), Yanoş Ferentsi, Bense Paftoviç (hər ikisi “Debretsen”), Attila Fiola (“Videoton”), Tamaş Kadar (“Dinamo”, Kiyev, Ukrayna), Mixay Korxut (“Aris”, Yunanıstan), Gerqo Lovrençiç (“Ferentsvaroş”), Orban Villi (“Leypsiq”, Almaniya), Paulo Vinisius (“Videoton”);

Yarımmüdafiəçilər: Daniel Qazdaq (“Honved”), David Holman (“Slovan”, Slovakiya), Jolt Kalmar (“DAK 1904”, Avstriya), Laslo Klyanheyzer (“Osiek”, Xorvatiya), İştvan Kovaç (“Videoton”), Adam Nad (“Bolonya”, İtaliya), Mate Patkay (“Videoton”), Dominik Şoboşlay (“Red Bull”, Avstriya);

Hücumçular: Balaş Cudcak (“Əl-İttihad”, Birləşmiş Ərəb Əmirlikləri), Marton Eppel (“Kayrat”, Qazaxıstan), Adam Bodi (“Debretsen”), Filip Holender (“Honved”), Dominik Nad (“Legiya”, Polşa), Kristian Nemets (“Sportinq Kanzas”, ABŞ), Adam Şalay (“Hoffenhaym”, Almaniya), Roland Varqa (“Ferentsvaroş”), Kristofer Vida (DAK, Slovakiya), Donat Şofer (“Uypeşt”). 

Qeyd edək ki, iyunun 8-də keçiriləcək Azərbaycan – Macarıstan “Bakcell Arena”da baş tutacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə