Meymunla şəkil çəkdir, amma... - VİDEO

Meymunla şəkil çəkdir, amma... - VİDEO
Meymunun dişlədiyi iki nəfər xəstəxanaya üz tutub

Son iki gundə tibbi kliniki mərkəzə meymun dişləməsi faktı ilə bağlı daxil olan müraciətlər bu sahədə ciddi tədbirlərin görülməsi məsələsini gündəm gətirib. Xəstəxanaya müraciət edənlərdən biri 23 yaşlı Emil Məmmədov olub. O, meymunla şəkil çəkdirən zaman onun hücumuna məruz qalıb. Əlindən xəsarət alan gənc dərhal xəstəxanaya çatdırılıb.

Digər hadisə isə Novxanı kəndində yerləşən iaşə obyektlərindən birində baş verib. Meymunları saxlayan təlimçilər isə fikirləşir ki, heçdə bütün heyvanlar insanlara qarşı aqressiv olmur.

Tanış olun. Müsahibim Tural. Artıq 6 ildir ki, meymun saxlıyır. Balaca canlının adı Taysondur. Tayson bu gün həmdə Turalın necə deyərlər çörək ağacıdır. Tural deyir ki, Tayson bu 6 ildə bir dəfə belə olsun aqressiv hərəkət etmiyib. Əksinə insanlara qarşı çox mülayimdir. 

Ümumiyyətlə meymunlar 15-20 il arası yaşayırlar. Xüsusilə onları meyvə tərəvəz ilə qidalandırdıqda onların ömrü daha uzun olur. Meymunları 2 aydan bir peyvənt etdirmək isə qaçınılmaz qanundur. 

Taysonun əcdadı Afrikalıdır. Bu balaca makaka isə Afrikanın üzünü belə görməyib. O hər gün şəhərin Nizami küçəsində bakılıları əyləndirir. Onunla şəkil çəkdirənləri bir anlıq xoşbəxt edir etsin.

Təki əlindən xəta çıxmasın. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə