Bakı taksofonları - VİDEO

Bakı taksofonları - VİDEO
Paytaxtda quraşdırılan 323 taksofon vasitəsilə 3 mln. danışıq qeydə alınıb

Bu gün şəhərin demək olar ki, bütün ərazilərində müxtəlif cür taksofonlar quraşdırılıb.

Amma müşahidələr göstərir ki, son bir neçə ildə taksofonlara maraq getdikcə azalır.

Bəs buna səbəb nədir? Ümumiyyətlə vətəndaşlar taksofonlardan istifadə edirmi?

Rəyini öyrəndiyim müsahiblərimin heçdə hamısı taksofondan istifadə etmir. Hətta taksofonları lazımsız avadanlıq gözündə görənlərdə az deyil.

"Birdən görürsən şəhər nömərələrinə zəng eləmək lazım olur dəqiqəsi iki qəpikdən zeng edirem”.

Çox az sayda istifadə edilməsinə baxmayaraq bu gün təkcə Bakı şəhəri üzrə 400 ə yaxın taksofon quraşdırılıb. Onu da deyim ki, bu taksofonlar digərlərindən öz müasirlikləri ilə seçilirlər.

Məsələn bura metrosunun sahil stansıyasının çıxşıdır. Əraziyə baxan nəzarətçidən öyrənə bilirik ki, taksofonda gün ərzində 10-15 nəfər istifadə edir. Taksofonlar tək yerüstündə deyil, elə yerin altında da quraşdırılaraq əhalinin istifadəsinə verilib.

Paytaxtda quraşdırılan köhnə taksofonlarla yanaşı müasir taksofonlar da var. Bu taksofonlarda internet imkanı var, ümumilikdə 7 xidmətdən yararlanmaq mümkündür, eyni zamanda bu taksofonlarda dil seçimi imkanıda var.

Yeni quraşdırılan taksofonlarda bir yenilikdə ondan ibarətdir ki, onlarin internet çıxışıda var. Məsələn Bakı şəhəri üzrə Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli cəmiyyətin balansında olan 323 ədəd taksofondan 85 -i internet çıxışlıdı. 208 ədədi isə universaldır. Yəni həm kart, həmdə qəpiklər vasitəsilə işləyir. 33 ədəd taksofon isə sırf telekart vasitəsi ilə işləyir və onlarda əsasən hərbi hissələrdə, pentensiar xidmət müəssisələrində və rayon polis şöbələrində quraşdırılıb.

“Ötən və cari il ərzində paytaxtda taksofonlar uzrə 3 milyon danışıq qeydə alınıb. Aparatalardan istifadə 5,10,50 nominallıq qəpiklər eləcədə taksofon kartları daxil etmək lazımdır. Kartların satışı 246 saylı rabitə mərkəzindən almaq lazımdır. Danışıq zamanı mobil şəbəkəyə zəng edəndə qiymət bir dəqiqə ucun 10, şəhərlər arası 5 qəpik, local zənglərdə 2 qəpikdir".

Taksofonlardan istifadəni asanlaşdırmaq üçün taksofonlarda şəhər və rayonların kodları, operatorun tarif və xidmətləri üzrə məlumat və digər lazımi informasiyalar da yerləşdirilib.

Turistlərin rahat istifadəsi üçün isə qurğular inglis dilində də istifadəyə imkan verir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə