Rüşvət almaqda təqsirləndirilən baş həkimə hökm oxunub

Rüşvət almaqda təqsirləndirilən baş həkimə hökm oxunub

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Lənkəran Rayonlararası Onkoloji Dispanserinin baş həkimi işləmiş Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

REAL ONA-ya istinadən xəbər verir ki, hakim prosesdə hökm oxunub. Hökmə əsasən, Ə. Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan həkim apelyasiya şikayəti verib.

Qeyd edək ki, Ə. Əliyevə Cinayət Məcəlləsinin 311.1. (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də, xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) maddəsi ilə cinayət işi açılıb.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə