Sabah Milli İncəsənət Muzeyinin üçüncü korpusunun açılışı keçiriləcək

Sabah Milli İncəsənət Muzeyinin üçüncü korpusunun açılışı keçiriləcək

Mayın 17-də Azərbaycan Milli İncəsənət Muzeyinin təmirdən çıxmış yeni korpusunun açılış mərasimi keçiriləcək.

REAL ONA -ya istinadən xəbər verir ki, eyni zamanda Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış  və ilk dəfə ölkə ərazisində yerləşən bütün muzeylər haqqında məlumatları özündə cəmləşdirən “Museum.az” saytının təqdimat mərasimi keçiriləcək.

Muzey silsiləvi şəklində iki qədim memarlıq abidəsini birləşdirən müasir korpusdan ibarət ərazini tutur. Hazırda muzeyin ekspozisiyasında dünya təsviri və tətbiqi sənətinin bütün növlərini dolğun şəkildə əks etdirən Qərbi Avropa, Rus, İslam, Şərq ölkələri incəsənətinin çeşidli örnəklərini görmək mümkündür. 

Ekspozisiya iki mərtəbədən ibarətdir. Birinci mərtəbə - Qədim dünya incəsənəti, İran-Türk, Çin, Rus (avanqard) və Zərifə xanım Əliyevaya həsr edilmiş “Xatirə zalı”, İtaliya, Flamand, Holland incəsənətinə həsr edilib. Eyni za­manda I mərtəbənin dəhliz hissələrində - Fransa-Almaniya qrafika nümunələri, digərində - İran və Hindistan miniatür və heykəltəraşlıq əsərləri nümayiş edilir.

Ekspozisiyanın ikinci mərtəbəsi - İtaliya, “İslam incəsənəti”, Alman, Fransa rəngkarlığı və Rusiya incəsənətinə həsr edilib. Ekspozisiyada eyni zamanda metal, çini, xalça və bədii tikmə nümunələri nümayiş edilir. Ən qədim eksponatlar antik dövrdən başlayaraq - XX əsrin sonlarına qədərki dövrü əhatə edir.

Xatırladaq ki, 18 dekabr 2018-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi-9 ünvanında yerləşən korpusunda aparılmış təmir, bərpa və bədii tərtibat işləri və eksponatlarla yaxından tanış olublar.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə