“Azərbaycan-Çexiya biznes forumu“ - VİDEO

“Azərbaycan-Çexiya biznes forumu“ - VİDEO
İki ölkə arasında ticarət dövriyyəsi 57% artıb

Azərbaycan və Çexiya arasında 2018-ci il ərzində ümumi ticarət dövriyyəsinin həcmi 57% artıb və 1 mlrd. ABŞ dollarını keçib.

Bunu İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu gün Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, bu günə qədər iki ölkə arasında müxtəlif sahələri əhatə edən 30-dan çox sənəd imzalanıb.

Azərbaycan-Çexiya biznes forumunda iştirak edən Çexiyanın Parlament Palatasının sədri Radek Vondraçek isə çıxışında bildirdi ki, Çexiyanın neft emalı zavodlarında emal edilən xam neftin üçdə biri Azərbaycandan idxal edilir.

"Çexiyanın neft emalı zavodlarında emal edilən xam neftin büyük hissəsi Azərbaycandan idxal edilir ki,bu da iki ölkə arassındakı ticarətdə balansın pozulmasına səbəb olur. Çexiya şirkətləri bu səbəbdən Azərbaycanda müxtəlif sahələri əhatə edən şirkətlər və birgə müəssisələr yaratmaq niyyətindədir. Forum çərçivəsində bir sıra başqa mövzuları da müzakirə etdik. Çexiya ilə Azərbaycan arasındakı məsafədək asılı olmayaraq hər iki ölkənin ticari əlaqələri artan templə davam edir.Onu da qeyd edim ki, Azərbaycanda iqtisadi potensialını yüksək qiymətləndiririk".

Qeyd edək ki, Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda hər iki ölkədən olan nümayəndə heyətinin iştirakı ilə iqtisadi tərəfdaşlıq məsələləri müzakirə olunub.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə